Gürcüstan DİN gecə klublarında keçirilmiş əməliyyatla bağlı açıqlama verib

Gürcüstan DİN gecə klublarında keçirilmiş əməliyyatla bağlı açıqlama verib
# 12 may 2018 11:28 (UTC +04:00)

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) gecə saatlarında Tbilisinin “Basiani” və “Gallery” gecə klublarında 8 narkotik alverçisinin saxlanılması ilə nəticələnmiş xüsusi əməliyyatın detallarını açıqlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, DİN-də keçirilmiş xüsusi brifinqdə bildirilib ki, narkotik alverçilərinin gecə klubları ilə sıx əlaqələri olub. Aparılmış müşahidələr zamanı narkotik alverçilərinin kimliyi videogörüntülərlə müəyyənləşdirilib. Saxlanılan şəxslər arasında gecə klublarından birinin mühafizə xidmətinin əməkdaşı də var. Onun üzərində axtarış zamanı külli miqdarda narkotik vasitələr aşkarlanıb.

Qeyd edək ki, gecə klublarında həyata keçirilmiş polis reydlərinə etiraz olaraq bu gün Tbilisidə parlament binasının qarşısında etiraz aksiyasının keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR