Şəki sakinini ilan sancıb

Şəki sakinini ilan sancıb
# 04 may 2018 20:51 (UTC +04:00)

Şəkidə 59 yaşlı kişini ilan sancıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 21 radələrində rayonun Kiçik Dəhnə kənd sakini 1959-cu il təvəllüdlü Fəxrəddin Fazil oğlu Cabbarov ilan sancması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, müayinə zamanı Fəxrəddin Cabbarovu yaşadığı evin həyətyanı sahəsində gürzə ilanı sol ayağın baldır nahiyəsindən sancdığı məlum olub.

Reanimasiya şöbəsinə yerləşdirilən Fəxrəddin Cabbarova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR