İran XİN: ABŞ və müttəfiqləri beynəlxalq hüququ açıq şəkildə pozub

İran XİN: ABŞ və müttəfiqləri beynəlxalq hüququ açıq şəkildə pozub
# 14 aprel 2018 08:46 (UTC +04:00)

“ABŞ və müttəfiqlərinin Suriyaya qarşı təcavüzü beynəlxalq hüquq normalarının açıq pozuntusu və Suriyanın milli suverenliyinin, ərazi bütövlüyünün inkar olunması deməkdir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN-in açıqlamasında deyilir.

XİN-dən bildirilib ki, ABŞ və müttəfiqləri Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının missiyasının apardığı araşdırmanın nəticələrini gözləmədən zərbə endiriblər: “Özlərini dünya hakimi sayan bu dövlətlər öz hərbi fəaliyyətlərinin nəticələrinə görə məsuliyyət daşıyırlar. Bu hücum bölgədə vəziyyətin daha da gərginləşməsinə, terrorçuluğun möhkəmlənməsinə səbəb olacaq”.

İran XİN beynəlxalq təşkilatları və ölkələri ABŞ-ı qınamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR