ETSN: Qeyri-sabit hava şəraiti sabaha kimi davam edəcək

ETSN: Qeyri-sabit hava şəraiti sabaha kimi davam edəcək
# 11 aprel 2017 08:18 (UTC +04:00)

“İlkin məlumata görə ölkə ərazisində qeyri-sabit hava şəraiti aprelin 12-i, gündüz saatlarına kimi davam edəcək”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, hazırda paytaxt Bakıda hava şəraiti mülayimdir, güclü külək gözlənilmir.

“Amma bölgələrdə yağıntılı hava şəraiti davam edəcək, bəzi yerlərdə intensiv olacaq” – deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR