AZAL Gürcüstanın hava məkanından ən çox istifadə etmiş dördüncü şirkət olub

AZAL Gürcüstanın hava məkanından ən çox istifadə etmiş dördüncü şirkət olub
# 01 may 2018 15:25 (UTC +04:00)

Bu ilin I rübündə Gürcüstanın hava məkanından ən çox istifadə etmiş xarici aviaşirkətlərin siyahısı açıqlanıb.

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdində “Sakaeronavigatsia” MMC-yə istinadla xəbər verir ki, siyahıda “Azərbaycan Hava Yolları” QSC (AZAL) 4-cü yeri tutub.

Hesabat dövründə qonşu ölkənin hava məkanından tranzit daşınmaları üçün ən çox istifadə etmiş aviaşirkət “Türk Hava Yolları”dır. İlk üçlükdə daha sonra “Qatar Airways” və “Thai Airways International” aviaşirkətləri yer alıb.

Yanvar-mart aylarında Gürcüstanın hava məkanında 32 907 uçuş həyata keçirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,1% çoxdur.

Qeyd edək ki, 2017-ci ildə AZAL Gürcüstanın hava məkanından 7 371 dəfə keçməklə qonşu ölkənin hava məkanından ən çox istifadə etmiş 2-ci şirkət olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR