Paşha Bank
Bank Of Baku

Dünən 14 qanunsuz ov tüfəngi götürülüb

Dünən 14 qanunsuz ov tüfəngi götürülüb
# 23 dekabr 2021 10:10 (UTC +04:00)

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 22-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 14 ədəd ov tüfəngi götürülüb.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR