Şəkidə qəbiristanlıqda yanğın olub

Şəkidə qəbiristanlıqda yanğın olub
# 05 dekabr 2016 06:26 (UTC +04:00)

Şəkidə qəbiristanlıqda yanğın olub.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 4-də saat 19.00 radələrində Şəki şəhəri Teymur Xəlilov küçəsində yerləşən qəbiristanlığın inzibati ərazisində inşa edilmiş ümumi sahəsi 40 kv/m olan bir otaq və altıaçıqdan ibarət yardımçı tikilidə yanğın baş verib. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək ərazidəki quru ota, ağaclara və qəbirlərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində yardımçı tikilinin yanar konstruksiyaları və orada olan taxta materiallar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.


Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR