AMEA magistrlərinin məzun günü keçirilib

AMEA magistrlərinin məzun günü keçirilib
# 10 iyul 2018 10:15 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistrlərinin məzun günü keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə akademiyada magistratura pilləsinin yaradılmasını əlamətdar hadisə kimi qiymətləndirib.

O bildirib ki, AMEA-da magistrlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür: "Akademiyanın magistrləri işlə təmin olunur, onlar qrant layihələrinə cəlb edilirlər".

AMEA-da magistratura təhsil pilləsinin 2015-ci ildə yaradıldığını xatırladan A. Əlizadə qeyd edib ki, magistrlər dissertasiya tədqiqatlarının nəticələrini yerli və xarici jurnallarda çap etdirirlər: "Akademiyada magistraturanın yaradılması elmlə təhsilin inteqrasiyası istiqamətində çox uğurlu addımdır".

Daha sonra məzunlar çıxış ediblər.

Tədbirin sonunda AMEA-nın məzunlarına diplomlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR