Faiq Hüseynov: "Vergi Məcəlləsinə dəyişikliklər bank sektoru ilə müzakirə olunmayıb"

Faiq Hüseynov: "Vergi Məcəlləsinə dəyişikliklər bank sektoru ilə müzakirə olunmayıb"
# 14 fevral 2017 09:03 (UTC +04:00)

"Vergi Məcəlləsinə edilən dəyişikliklər ölkə iqtisadiyyatı üçün olduqca müsbətdir". "APA-Economics" xəbər verir ki, bunu "Unibank" ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.

"Buna görə, biz bu il aktivlərimizin artmasını proqnozlaşdırırıq. Düzdür, yaxşı olardı ki, Vergi Məcəlləsinə olunan dəyişikliklər daha əvvəl bizimlə də, yəni biznes dairələri, bank sektorunun nümayəndələri ilə də müzakirə olunardı. Sənəddə əksini tapan bəzi məqamlar aydın deyil və onların korreksiyaya ehtiyacı var. Lakin ümumilikdə dəyişikliklərin böyük qismi iqtisadiyyata olduqca pozitiv təkan verəcək", - deyə bankir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR