Gəncədə 29 yaşlı qız itkin düşüb

Gəncədə 29 yaşlı qız itkin düşüb
# 14 oktyabr 2016 14:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gəncədə 29 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1987-ci ildə Tərtər rayonunda anadan olmuş, Gəncə şəhərində kirayədə yaşayan Şəlalə Səmədova bu il sentyabrın 15-də yaşadığı evdən gedib və bir daha qayıtmayıb.

İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

Boyu 1 metr 65 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır.

Evdən gedərkən əynində göy rəngli cins şalvar və zərli kofta, ayağında isə idman ayaqqabısı olub.

Şəlalə Səmədovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (055) 331-24-24 nömrəli mobil telefonlara zəng edərək Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR