Avropa Şurası Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməyə hazırdır

Avropa Şurası Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməyə hazırdır
# 06 dekabr 2016 13:55 (UTC +04:00)

Kipr Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrliyi çərçivəsində APA-Avropa müxbiri də daxil olmaqla, Avropa Şurası yanında daimi akkreditasiya olunmuş bir qrup jurnalist bu ölkəyə səfər edib və adanın yunan tərəfində müxtəlif görüşlər keçirib.

AŞNK-nə sədrlik edən Kiprin xarici işlər naziri İoannis Kasoulides jurnalistlərlə görüşündə ölkəsinin quruma sədrlik edəcək 6 ay ərzindəki prioritetləri haqqında danışıb. Təşkilata üzv olan bir neçə ölkə arasında mövcud olan "dondurulmuş münaqişələr"ə toxunan kiprli nazir Avropa məkanında yaşayan bütün insanların AŞ-nin hüquqi mexanizmlərindən istifadə edə bilmələrinin vacibliyini qeyd edib: “Bildiyiniz kimi, münaqişələrin həll edilməsi Avropa Şurasının vəzifəsi deyil. Bu, digər beynəlxalq təşkilatların işidir. Avropa Şurasında gəldikdə, burada əsas məsələ ondan ibarətdir ki, Avropanın hər yerində vətəndaşlar təşkilatın hüquqi alətlərindən istifadə edə, xüsusən Avropa İnsan Haqları Konvensiyasının müddəalarından yararlana bilsinlər”.

APA-nın Avropa müxbirinin Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması ilə bağlı sualına cavab verən nazir Kipr Respublikasının AŞNK-dakı sədrliyinin tərəfsiz olacağını bildirib.

“Bizim sədrlik dövründəki əsas prinsipimiz tərəfsiz olmaqdı, heç kimin tərəfini tutmaq niyyətində deyilik. Bildiyim kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Əsas odur ki, bu məsələnin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan Avropa Şurası qarşısında götürdükləri öhdəliklərə sadiq qalsın. Biz Avropa Şurası olaraq, Minsk qrupu vasitəçilərinin danışıqların aparılması istiqamətindəki səylərini tamamilə dəstəkləyirik. Hesab edirəm ki, üzümüzə gələn yay aylarından əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin görüşə bilməsi münaqişənin sülh yolu ilə həlli yollarının axtarışında irəliyə doğru atılmış addım olardı. Avropa Şurası isə öz növbəsində münaqişənin tam həlli tapılana qədər tərəflər arasında qarşılıqlı etimad şəraitinin yaradılmasına yardım etməklə bu işə öz töhfəsini verə bilər. Avropa Şurası bu məsələdə hər iki ölkəyə yardım etməyə hazırdır”, - deyə o bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR