Sumqayıtda maşın piyadanı vuraraq öldürüb

Sumqayıtda maşın piyadanı vuraraq öldürüb
# 20 iyul 2017 10:13 (UTC +04:00)

Sumqayıtda maşın yoldan keçən şəxsi vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 19-da saat 18 radələrində Sumqayıt şəhərinin Yeni Bulvar ərazisində şəhər sakini Kənan Cabbarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Sərhəddin Xəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR