Müdafiə nazirinin müavini: "Azərbaycan ordusunun gücü artır"

Müdafiə nazirinin müavini: "Azərbaycan ordusunun gücü artır"
# 30 yanvar 2018 08:39 (UTC +04:00)

"Azərbaycan ordusunun gücü artır".

APA-nın xəbərinə görə, bunu müdafiə nazirinin müavini, general - leytenant Kərim Vəliyev Respublika Veteranlar Təşkilatının sədri, general - polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi ilə bağlı keçirilən tədbirdə deyib.

Nazir müavini bildirib ki, Azərbaycan Ordusunun gücü və potensialı günü - gündən artmaqdadır.

K. Vəliyev müdafiə naziri, general - polkovnik Zakir Həsənovun Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə cəbhə boyu zonada olduğunu da xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR