REAL Milli Şuranın mitinqində iştirak etməyəcək

REAL Milli Şuranın mitinqində iştirak etməyəcək
# 05 mart 2018 15:47 (UTC +04:00)

Respublikaçı Alternativ Hərəkatı (REAL) Milli Şuranın sədri Cəmil Həsənlinin mitinqlərdə birgə iştirakla bağlı çağırışına cavab verib.

REAL-dan APA-ya verilən məlumata görə, təşkilat Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək: “Mitinqləri, kütləvi aksiyaları təşkil etmək siyasi təşkilatların fəaliyyət istiqamətlərindən biridir, hər bir təşkilatın kütləvi aksiyalar keçirmək hüququ var. REAL təşkilatı yarandığı ilk gündən bütün qərarları kollektiv şəkildə, ciddi müzakirələrdən sonra verir. Bu dəfə də çox ciddi, hərtərəfli müzakirələrdən sonra REAL təşkilatı Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək, amma üzvlərin kütləvi tədbirlərdə vətəndaş hüquqlarından istifadə etmələrini isə öz qərarlarına buraxacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR