Erməni silahlı bölmələri Ağdamın cəbhə kəndini iriçaplı pulemyotlardan atəşə tutub

Erməni silahlı bölmələri Ağdamın cəbhə kəndini iriçaplı pulemyotlardan atəşə tutub
# 08 dekabr 2017 12:45 (UTC +04:00)

Erməni silahlı bölmələri Ağdamın cəbhə kəndini atəşə tutublar.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, düşmən ordusu işğal altında saxladığı ərazilərdən rayonun Orta Qərvənd kəndini iriçaplı pulemyotlardan və avtomat silahlardan atəşə tutub.

Atışma zamanı xəsarət olmasa da, kənd sakinləri Vilayət Həsənov, Qaçay Xıdırov, Mehman Məmmədov və Yusif Səmədova məxsus evlərin dam örtüyünə və pəncərələrinə ziyan dəyib.

Müdafiə Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR