Fransada ildırım vurması nəticəsində 15 nəfər xəsarət alıb

Fransada ildırım vurması nəticəsində 15 nəfər xəsarət alıb
# 02 sentyabr 2017 23:12 (UTC +04:00)

Fransada musiqi festivalında ildırım vurması nəticəsində 15 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 16.00 radələrində (Bakı vaxtı ilə 18.00) ölkənin şimal-şərqindəki Azray kommunasında təşkil olunan “Vieux Canal” festivalında baş verib. Xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağırdır.

Hadisə yerində 2 həkim briqadası, 60 yanğınsöndürən və 3 jandarm patrulu cəlb edilib.

Festivalın təşkilatçıları bayram tədbirlərini dayandırmağa qərar veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR