Saxlama müddəti ötmüş 520 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 520 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 16 iyun 2010 12:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Səbail rayonunda Nizami küçəsi, ev 68 ünvanında yerləşən «İzmir» restoranında, Binəqədi rayonunda Ə.Naxçıvani küçəsi, ev 36 ünvanında Etibar Salahova məxsus mağazada, ev 4B ünvanında yerləşən «Sizin market»də, Ə.Naxçıvani küçəsi, 6 ünvanında yerləşən «Midi market»də, Yasamal rayonunda İ.Qutqaşınlı küçəsi, ev 30 ünvanında yerləşən «Ev mart supermaket»də, Z.Xəlilov küçəsi, 523-cü məhəllədə «Aydın» firmasına məxsus mağazada, N.Nərimanov prospekti, ev 201 ünvanında yerləşən «Həyət market»də, Nərimanov rayonunda Ə.Rəcəbli prospektində, ev 38A ünvanında yerləşən «Şəki» restoranında, Xəzər rayonunda Şüvəlan qəsəbəsi, L.Starçuk küçəsi, 11 ünvanında yerləşən «Bizim market»də, L.Starçuk küçəsi, 18 ünvanında Ummahanı Əmirovaya məxsus mağazada, L.Starçuk küçəsində Məmmədqasım Qasımova məxsus mağazada, Binə qəsəbəsi, Binə-Sovxoz yolunda yerləşən «Priz market»də, Suraxanı rayonu Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 4, mənzil 16 ünvanında Altay Baloğlanova məxsus mağazada, Əmircan qəsəbəsi, 4-cü mədən, ev 4 ünvanında yerləşən «Suraxanı market»də, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 17B ünvanında Kamran Şabanova məxsus mağazada, Nəsimi rayonunda N.Yusifbəyli prospekti, ev 70 ünvanında Qaçay Muradova məxsus mağazada, həmçinin Qusar rayonunda Hil kəndində Malik Laçınova məxsus mağazada, Şəkidə N.Nərimanov küçəsində Natiq Hidayətova məxsus mağazada, Daşkəsəndə, T.İsmayılov küçəsində yerləşən «Bəhruz market»də, T.İsmayılov küçəsi, bina 36 ünvanında Elmira Orucovaya məxsus mağazada, Qazaxda Nərimanov qəsəbəsində Etibar Osmanova məxsus mağazada, Ağstafada M.Ə.Rəsulzadə küçəsi, 96 ünvanında yerləşən «Fərid market»də,Gəncə şəhərində İsrafilbəyov küçəsində Arzu Məclumova məxsus mağazada, H.Əliyev prospektində yerləşən «Luna market»də, Füzuli rayonunda Araz Yağlıvənd kəndində Aydın Balaşova məxsus mağazada ümumi çəkisi 520 kiloqramdan çox saxlama müddəti ötmüş və normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, süd və süd məhsulları, yağlar, balıq və digər dəniz məhsulları, konservləşdirilmiş məhsullar, un məhsulları, sərinləşdirici içkilər, alkoqollu içkilər, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR