İçərişəhərdə art-yolka quraşdırılıb

İçərişəhərdə art-yolka quraşdırılıb
# 26 dekabr 2015 11:25 (UTC +04:00)

Bakı - APA. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq bu il də Qız Qalası yaxınlığında Yeni il bayramı ərəfəsində qeyri-adiliyi və orijinallığı ilə seçilən möhtəşəm art-yolka quraşdırıb.

APA-nın xəbərinə görə, bu ilki instalyasiyanın süjeti İçərişəhərin əsas tarix-memarlıq abidələrinin və milli folklor motivlərinin yeni il tematikası ilə harmonik ahəngindən ibarətdir. İnstallyasiyanın orijinallığını artıran cəhətlərdən biri isə xüsusi işıqların köməyi ilə yağan qar effektinin yaradılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR