Krımda avtobus dərəyə yuvarlanıb, 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb

Krımda avtobus dərəyə yuvarlanıb, 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb
# 11 avqust 2016 18:39 (UTC +04:00)

Bakı-APA. Krımda, Aluşta-Feodosiya avtomobil yolu ilə hərəkət edən avtobus dərəyə yuvarlanıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Məlumata görə, qəza Aluşta-Sudak-Feodosiya yolunun 50-ci kilometrliyində, Şebetovka yaşayış məntəqəsinin yaxınlığında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR