Bakının “İnter” klubu “Verder”ə minimal hesabla uduzub

Bakının “İnter” klubu “Verder”ə minimal hesabla uduzub
# 15 yanvar 2016 13:54 (UTC +04:00)

Bakı – APA. Türkiyədə təlim-məşq toplanışında olan Bakının “İnter” klubu bu gün 2-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Almaniyanın “Verder” klubu ilə qarşılaşıb.

İki gün əvvəl Bremen təmsilçisinin əvəzediciləri ilə qarşılaşan Zaur Svanadzenin yetirmələri bu dəfə də 0:1 hesabı ilə uduzub. Belə ki, Almaniya klubunun əsas komandası da əvəzediciləri kimi 1 qolla matçın taleyini həll edib.

Bundesliqanın 4 qat çempionu, 6 dəfə Almaniya kuboku, 1991/92 mövsümündə Kuboklar Kubokunu qazanan “Verder” qələbə qolunu matçın ilk yarısında vurub. Görüşün 42-ci dəqiqəsində fərqlənən Klaudio Pizarro komandasına qələbə qazandırıb. 38 yaşlı perulu hücumçunun qolundan sonra komandalar hesabı dəyişə bilməyib.

Qeyd edək ki, “İnter” növbəti oyununu yanvarın 19-da Çexiyanın “Slovan” (Liberets) klubuna qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR