Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqların əl işlərindən ibarət sərgi keçiriləcək

Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqların əl işlərindən ibarət sərgi keçiriləcək
# 25 noyabr 2015 16:52 (UTC +04:00)

Bakı – APA. Sabah Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə istedadlı uşaqların əl işlərindən ibarət sərgi və hərrac təşkil olunacaq.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirdə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi, “Qayğı” Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Bakı və regionlardan müxtəlif uşaq evləri və uşaq bağçalarından olan istedadların rəsm və digər əl işləri sərgilənəcək.

Sərgidə 400-dək əsərin nümayişi nəzərdə tutulub.

Tədbirin sonunda uşaqların əl işlərinin hərracı təşkil olunacaq. Hərracdan toplanan vəsait kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə məqsədilə sərf ediləcək.

Fondun təşəbbüsü ilə keçirilən bu tədbir istedadlı uşaqların yaradıcılığına dəstək, onların istedadının inkişaf etdirilməsi və ictimaiyyətə təqdim olunması məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR