Bakıda satıcı qız bıçaqlanıb

Bakıda satıcı qız bıçaqlanıb
# 02 dekabr 2015 08:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən marketlərdən birində qeydə alınıb. Orada satıcı işləyən, 1980-cı il təvəllüdlü Pərvanə Qurbanova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, 1982-ci il təvəllüdlü Fariz Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR