Azərbaycana soyuq silah keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycana soyuq silah keçirmək istəyən şəxs saxlanılıb
# 25 noyabr 2015 09:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşı Mərdan Həsənovun baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatı ilə yoxlanılarkən monitorda bıçaq təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, həmin baqaja təkrar yoxlama zamanı M. Həsənova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan 2 ədəd bıçaq aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən 2 ədəd bıçaq - zavod üsulu ilə hazırlanan, kəsici-deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR