Kanada İŞİD-in mövqelərinə hava zərbələri endirib

Kanada İŞİD-in mövqelərinə hava zərbələri endirib
# 09 iyun 2015 02:21 (UTC +04:00)

Bakı-APA. Kanadaya məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının İraqdakı mövqelərinə zərbələr endirib.

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə Kanadanın müdafiə nazirliyindəki mənbə bildirib.

Məlumata görə, terrorçuların Mosul və Bayci şəhərlərindəki mövqeləri hava zərbələrinə məruz qalıb. Əməliyyatda F-18 qırıcı-bombardmançı təyyarələrin iştirak etdiyi bildirilir.

Qeyd edək ki, 2015-ci ilin martında Kanada parlamenti, bu ölkənin Hərbi Hava Qüvvələrinə İŞİD terror qruplaşmasına qarşı əməliyyatları genişləndirməsinə icazə verib. İndiyədək Kanadanın hərbi təyyarələri tərəfindən İŞİD-in mövqelərinə ümumilikdə 100-dən çox aviazərbə endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR