Şərqi Avropada NATO-nun genişmiqyaslı təlimləri başlayıb

<b>Şərqi Avropada NATO-nun genişmiqyaslı təlimləri başlayıb</b>
# 06 iyun 2015 23:40 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, təlimlərdə alyansa üzv olan 19 ölkədən və 3 tərəfdaş ölkədən 15 mindən çox hərbçi iştirak edir.

“Təlimlər müdafiə xarakteri daşıyır, cənub və şərq istiqamətlərdəki təhlükələrlə bağlı NATO-nun təhlükəsizliyinin möhkəmləndirilməsinə dair tədbirlərin bir hissəsidir. Təlimlər operativliyin, habelə alyans ölkələrinin və tərəfdaşlarının döyüş hazırlığının artırılmasına istiqamətləndirilib”, deyə məlumatda bildirilir.

Təlimlər iyunun 28-dək davam edəcək və Baltikyanı ölkələr, Polşa və Rumıniya ərazisini əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR