Bu il Azərbaycanda mədənçıxarmada istehsal 3%-ə yaxın artıb

 Bu il Azərbaycanda mədənçıxarmada istehsal 3%-ə yaxın artıb
# 11 iyun 2015 15:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 6888,5 mln. manat olmaqla əvvəlki ilin yanvar-may aylarının səviyyəsini 2,5% üstələyib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin beş ayı ərzində ölkədə 17 635,8 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, ötən ilin yanvar-may aylarına nisbətən 0,8% azdır. Nəticədə bu ilin iyunun 1-nə 260,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bunun 17 612,5 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 0,9% çoxdur.

Bu ilin beş ayı ərzində ölkədə 12 187,8 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2014-cü ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 4,7% azdır. Bunun da 8 476,6 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR