Xaçmazda yük və minik avtomobilləri toqquşub, sürücü ölüb

Xaçmazda yük və minik avtomobilləri toqquşub, sürücü ölüb
# 14 noyabr 2015 07:20 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Noyabrın 13-də axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Qobuqırağı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan 60 BF 652 dövlət nömrə nişanlı, “Kamaz” markalı yük maşını 10 DA 151 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Qobuqırağı kənd sakini, 1986-cı il təvəllüdlü Əmrəliyev Natiq Əmrəli oğlu hadisə yerində ölüb.


Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR