“İslam Həmrəyliyi İli”nə həsr olunmuş regional məktəb çempionatı keçiriləcək

“İslam Həmrəyliyi İli”nə həsr olunmuş regional məktəb çempionatı keçiriləcək
# 23 may 2017 08:17 (UTC +04:00)

Təhsil naziri Mikayıl Cabbarov İslam Həmrəyliyi İlinə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ildə regional məktəb çempionatının keçirilməsi barədə əmr imzalayıb.

APA-nın xəbərinə görə, əmrlə çempionatın Təşkilat Komitəsi və keçirilmə qaydaları təsdiqlənib. Əmrə əsasən, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, Nazirliyin bilavasitə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları çempionatın keçirilmə qaydalarına ciddi əməl etməklə yarışın yüksək səviyyədə təşkili və keçirilməsini təmin etməlidirlər.

Əmrdə bildirilib ki, məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi çempionatın keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirsin və bununla bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR