Suriyada İŞİD-in əsas mərkəzi sayılan Rakkaya hücum başlayıb

Suriyada İŞİD-in əsas mərkəzi sayılan Rakkaya hücum başlayıb
# 06 noyabr 2016 12:32 (UTC +04:00)

Suriyada İŞİD terror təşkilatının əsas mərkəzi sayılan Rakka şəhərinin azad edilməsi əməliyyatı başlayıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Suriya Demokratik Güclərinin (SDG) həyata keçirəcəyi əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya hava dəstəyi verəcək.

Suriya Demokratik Güclərinin özəyini PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG təşkil edir. Əməliyyata 30 min SDG silahlısının qatılacağı açıqlanıb.

Qeyd edək ki, hazırda İraqda İŞİD-in əsas mərkəzi sayılan Mosulun azad edilməsi əməliyyatı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR