Nobel prospektində yeni piyada keçidinin inşası tamamlanır

Nobel prospektində yeni piyada keçidinin inşası tamamlanır
# 11 oktyabr 2016 12:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. "Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin və Süleyman Vəzirov küçəsinin kəsişmələrində 2 yeraltı piyada keçidinin tikintisi işləri aparılır.

“Azəravtoyol”dan “APA-Economics”ə verilən məlumata görə, hər bir keçidin uzunluğu 4 istiqamətə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidlərin hər biri 8 ədəd eskalatorla təmin olunacaq.

Xəqani Rüstəmov küçəsi ilə Nobel Prospekti kəsişməsində layihələndirilən yeraltı piyada keçidində qalereyanın tikintisi yekunlaşıb. Hazırda keçiddə üzlənmə işləri aparılır.

Ümumilikdə keçidin inşası zamanı uzunluğu 14 m. olan 354 ədəd demir beton svay, 370 ədəd beton svay, 440 m. uzunluğunda dəmir-beton rostverq, 115 ədəd dəmir-beton tir inşa edilib. Bundan başqa, keçid 2 qat ruburoid materialı ilə izolyasiya olunub, üzlənmə üçün istifadə olunan 2 500 kvadratmetr mərmər-qranit işlərindən 1000 kvadratmetr görülüb. Keçidin giriş-çıxış hissəsi üçün 8 ədəd çöl şəraitində quraşdırılan eskalator sifariş olunub.

Xəqani Rüstəmov Küçəsi İlə Süleyman Vəzirov küçəsinin kəsişməsində layihələndirən yeraltı piyada keçidində isə uzunluğu 14 m. olan 354 dəmir-beton svaydan 300 ədədi, 370 ədəd beton svaydan 270 ədədi inşa olunub, digər tikinti işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR