SOCAR-ın Türkiyədəki əsas aktivlərindən biri fəaliyyətə başlayır

SOCAR-ın Türkiyədəki əsas aktivlərindən biri fəaliyyətə başlayır
# 05 dekabr 2016 08:36 (UTC +04:00)

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa vilayətində inşa etdiyi konteyner limanı olan “Petlim”in inşasının birinci mərhələsi başa çatıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, limanın fəaliyyətə başlaması üçün idarəedici firma” APM Terminalları Liman İşlətməciliyi A.Ş” ilə anlaşma imzalanıb.

Liman bu həftə əməliyyata başlayacaq.

Bu liman 11 min konteyner həcmində yükü daşımaq imkanına malik gəmiləri qəbul etmək imkanındadır. Həmçinin, liman eyni anda 3 gəmini qəbul edə bilər. Qeyd edək ki, 46 hektar logistik ərazidə yerləşən limanın başlanğıc tutumu 1,5 mln. TEU olacaq. Gələcəkdə bu tutumu 4 mln. TEU-ya qədər artırmaq mümkün olacaq. Limanın sahil boyu uzunluğu 700 metr, dərinliyi isə 16 metr təşkil edir.

Xatırladaq ki, limanın tikintisinə ümumilikdə 400 mln. dollar vəsait yatırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR