AzFinance “Startup” layihələri üzrə müraciətlərin qəbuluna start verib

AzFinance “Startup” layihələri üzrə müraciətlərin qəbuluna start verib
# 07 dekabr 2016 16:36 (UTC +04:00)

AzFinance Investisiya şirkəti “Startup” layihələri üzrə müraciətlərin qəbulu mərhələsinə start verdi.

İdeyanız var? Bizimlə paylaşın və həyata keçirin!

Belə ki, düşünülmüş biznes və maliyyə plana malik olan, müəyyən gəliri olan, lakin həmin planın reallaşması üçün bəlli vəsaiti olmayan şəxslər layihəyə qoşula bilər və bu imkandan istifadə edə bilər.

“Startup” layihəsinin əsas məqsədlərindən biri yeni və maraqlı layihələri üzə çıxarıb, həmin layihələrin reallaşmağına köməklik etməkdir. Bu həm milli startuplara dəstək verir, eyni zamanda gənclərin innovativ ideyalarını həyata keçirməsinə şərait yaradır.

Start götürən bu layihənin əsas tələbləri aşağıdakılardır:

  • İdeyanın innovativ olması
  • Layihənin investorların marağını cəlb etmək potensialı
  • Kreativ təqdim etmə bacarığı
  • İşgüzar və pozitiv komanda

Müraciətlərin qəbulu 10.12.16 – 10.01.17 tarixlərində baş tutacaq və layihə sahibləri layihələri 17 – 31 yanvar tarixlərində canlı təqdim edəcək. Seçilmiş layihələrə AzFinance İnvestisiya Şirkəti və layihə çərçivəsində istəyi olan digər investorlar tərəfindən investisiya ediləcəkdir.

Həmçinin məlumatın məxfilliyinin qorunması məqsədi ilə müraciətçilər ilə məxfillik haqqında müqavilə bağlanacaqdır.

İnvestorların layihənizi maliyyələşdirməsini istəyirsinizsə, müraciət etməyə tələsin.

Müraciət etmək üçün təklif və ideyalarınız biznes plan şəklində şirkətin [email protected] elektron ünvanına göndərə bilərsiniz. Biznes plana malik olmayan iştirakçılar yuxarıda qeyd olunan elektron ünvana müraciət etmək ilə, doldurulması zəruri olan formanı əldə edə bilər.

Uğurlu layihələr!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR