Avstriyada prezident seçkilərinin ikinci turu keçirilir

Avstriyada prezident seçkilərinin ikinci turu keçirilir
# 04 dekabr 2016 08:48 (UTC +04:00)

Bu gün Avstriyada prezident seçkilərinin ikinci turu keçirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 7.00-da (Bakı vaxtı ilə saat 10.00) açılıb, saat 17.00-da (Bakı vaxtı ilə 20.00) bağlanacaq.

Seçkidə prezident postu uğrunda Yaşıllar Partiyasının sabiq lideri, müstəqil namizəd Aleksander Van der Bellen və Avstriya Azadlıq Partiyasının namizədi Norbert Xofer mübarizə aparır. Sosioloji sorğulara əsasən hər iki namizədin şansı bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR