İmişlidə 4 yaşlı uşaq əməliyyatdan bir gün sonra ölüb

İmişlidə 4 yaşlı uşaq əməliyyatdan bir gün sonra ölüb
# 13 dekabr 2016 17:21 (UTC +04:00)

İmişlidə xəstəxanada uşaq ölümü qeydə alınıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Muradxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Hüseyn Balakişi oğlu Mehdiyevi dekabrın 7-də “kriptorxizm” diaqnozu ilə rayon xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, əməliyyat normal keçib, əməliyyat öncəsi pasiyentdə heç bir əks göstəriş aşkar edilməyib. Amma buna baxmayaraq dekabrın 8-də axşam saatlarında uşağın vəziyyəti pisləşib və həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR