İmişlidə doğuş zamanı körpə ölüb

İmişlidə doğuş zamanı körpə ölüb
# 05 dekabr 2016 19:34 (UTC +04:00)

İmişlidə ana doğuş zamanı körpəsini itirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Buludlu kənd sakini, 1993-cü il təvəllüdlü Tarverdiyeva Ayşən İbrahim qızı doğuş zamanı uşağını itirib.

9 aylıq körpənin hansı səbəbdən ölü doğulduğu məlum deyil. Körpənin meyiti İmişli rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzində müayinə edilib. Yalnız ekspertizanın son rəyindən sonra körpənin ölü doğulmasına pataloji və yaxud həkim səhvinin səbəb olması aydınlaşacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR