Füzuli rayonunda partlamamış raket aşkarlanıb

Füzuli rayonunda partlamamış raket aşkarlanıb
# 10 dekabr 2016 18:12 (UTC +04:00)

Füzuli rayonunda partlamamış hərbi sursat aşkarlanıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, rayonun 5-ci Zobcuq qəsəbəsi ərazisindən DİN-nin əməkdaşları tərəfindən 1 ədəd partlamamış hərbi sursat (PQ-7M raket) aşkar edilərək Agentliyin əməliyyatçılarına təhvil verilib.

PHS-nin daşınması mümkün olduğuna görə Mərkəzi Məhvetmə (MM) ərazisinə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR