Braziliya kubokunun qalibi müəyyənləşib

Braziliya kubokunun qalibi müəyyənləşib
# 08 dekabr 2016 04:10 (UTC +04:00)

Braziliya kubokunun ikinci final matçı keçirilib.

APA-nın məlumatına görə, həlledici oyunda "Qremio" "Atletiko Mineyro" ilə qarşılaşıb.

Portu-Aleqri şəhərində baş tutan matç 1:1 hesabı ilə başa çatıb. İlk oyunda rəqibini 3:1 hesabı ilə məğlub edən “Qremio” rekorda imza ataraq tarixində 5-ci dəfə Braziliya kubokunun qalibi olub.

Bundan əvvəl “Kruzeyro” klubu 4 dəfə turniri qalib kimi başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR