Lənkəranda çayxanada yanğın olub

Lənkəranda çayxanada yanğın olub
# 07 dekabr 2016 06:18 (UTC +04:00)

Bu gün Lənkəran rayonu, Türkəkəran kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan çayxana kimi fəaliyyət göstərən talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 1 ədəd generator, 1 ədəd soyuducu, 2 ədəd vitrin soyuducu və 3 ədəd stol-stul yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR