Rusiya əsgəri Ermənistanda qəza törədib

Rusiya əsgəri Ermənistanda qəza törədib
# 20 iyul 2015 11:16 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. Ötən gecə Rusiya hərbçisi Ermənistanda avtomobil qəzası törədib.


APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, 27 yaşlı rusiyalı hərbçi Aleksandr Qelentyevin sərxoş halda idarə etdiyi “Mercedes” markalı avtomobil Gümrü şəhərində 3 avtomobillə toqquşub.

Hadisədən dərhal sonra Gümrü xəstəxanasına yerləşdirilən A. Qelentev ambulator müalicədən sonra xəstəxanadan buraxılıb. Hadisə zamanı başqa xəsarət alan olmayıb.


Gümrü prokuroru Raffi Xaçatryan hadisə ilə hərbi polisin məşğul olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR