Bu ay Yerdə iki meteor yağışı və tam bədirlənmiş Ay müşahidə olunacaq

Bu ay Yerdə iki meteor yağışı və tam bədirlənmiş Ay müşahidə olunacaq
# 01 dekabr 2016 13:16 (UTC +04:00)

Bu ay Yerdə iki meteor yağışı və tam bədirlənmiş Ayı müşahidə olunacaq.

APA-nın AMEA-nın saytına istinadən verdiyi xəbərə görə, ilk meteor yağışı dekabrın 14-də baş verəcək.

Geminid “ulduz yağışı” dekabr ayının 14-dən 17-dək fəal olacaq. Bu zaman “ulduz yağışı”nın saatda 120 olacağı gözlənilir.

Dekabrın 22-də isə Ursida meteor axını müşahidə olunacaq. Bu zaman saatda 10 "düşən ulduz" gecə səmasını bəzəyəcək. Ulduz yağışı Kiçik Ayı bürcü "fonunda" baş verəcək.

Dekabrın 14-də isə bu il üçün üçüncü - tam bədirlənmiş Ay müşahidə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR