Mosul yaxınlığında daha 8 kənd İŞİD-dən azad edilib

Mosul yaxınlığında daha  8 kənd İŞİD-dən azad edilib
# 05 dekabr 2016 17:16 (UTC +04:00)

İraqın Mosul şəhəri yaxınlığında daha 8 kənd İŞİD terrorçularından azad edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, terrorçuların istifadə etdikləri dörd yeraltı tunel aşkarlanaraq məhv edilib.

Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.

Xatırladaq ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR