NATO-nun baş katibi: “İraqda elə bir hökumət formalaşdırmaq lazımdır ki, “İslam Dövləti” qruplaşmasına müqavimət göstərməyə qadir olsun”

NATO-nun baş katibi: “İraqda elə bir hökumət formalaşdırmaq lazımdır ki, “İslam Dövləti” qruplaşmasına müqavimət göstərməyə qadir olsun”
# 14 avqust 2014 09:13 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. NATO-nun baş katibi Anders Foq Rasmussen İraqın yeni baş naziri Heydər əl-Abadini dəstəkləyib və terrorla mübarizədə dəstək vəd edib. APA-nın NATO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, Anders Foq Rasmussen qeyd edib ki, Fuad Masum tərəfindən əl-Abadinin namizədliyinin baş nazir vəzifəsinə irəli sürülməsi yeni hökumətin formalaşması üçün mühüm addımdır: “Mən yeni təyin olunmuş baş naziri və bütün İraq siyasətçilərini iraqlıların milli maraqlarını təmin edəcək və təhlükəsizliyini qoruyacaq yeni hökumət yaratmağa səsləyirəm. Elə bir hökumət formalaşdırmaq lazımdır ki, “İslam Dövləti” qruplaşmasına müqavimət göstərməyə və bütün bölgəni təhdid edən bu təhlükənin qarşısını almağa qadir olsun. Belə bir gərgin vaxtda NATO özünün İraqla əməkdaşlığını qorumağa və dəstəyini artırmağa hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR