Bakı. Gülnar Bəşirova - APA. Bu gün Mətbuat Şurasında Azərbaycanda səfərdə olan Türkiyənin GAP Qəzetəcilər Birliyinin təmsilçiləri ilə görüş keçirilib.
Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda yaradılmış Mətbuat Şurasının təcrübəsi bir çox qonşu ölkələrdə tətbiq edilir.
Türkiyə və Azərbaycanın media qurumları arasındakı əlaqələrdən danışan MŞ sədri münasibətlərin daha da dərinləşməsini zəruriləşdirən səbəblər üzərində də dayanıb.