Əli Həsənov: “Bakıda yaşayan 57 min məcburi köçkün ailəsinin köçürülməsinə başlanılıb”

Əli Həsənov: “Bakıda yaşayan 57 min məcburi köçkün ailəsinin köçürülməsinə başlanılıb”
# 05 aprel 2013 10:55 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün 1440 yerlik, Masazırda isə 760 mənzildən ibarət yüksək keyfiyyətlə tikilmiş qəsəbələrin açılışı olub.


Ə. Həsənov deyib ki, bu il də məcburi köçkünlər üçün 4 minə qədər mənzilin tikilməsi nəzərdə tutulur: “Gəncə, Bərdə, İmişli, Balakən, Qəbələ və İsmayıllı rayonlarında məcburi köçkünlər üçün binalar tikiləcək. Lökbatandakı Ümid qəsəbəsi də yenilənəcək. Bu il 20 minə yaxın məcburi köçkün yeni mənzillərə köçürüləcək”.

Komitə sədrinin sözlərinə görə, uzun müddətdən sonra Bakı şəhərindəki yataqxanalardan məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılıb: “Bakı Dövlət Universitetinin yataqxanaları köçürüldükdən sonra 9-cu mikrorayonda yarımçıq tikililərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsinə başlanacaq. Bu obyektlərin köçürülməsi üçün vəsait çatmadığından ölkə prezidentinə müraciət elədik. 14 milyon manat əlavə vəsait ayrıldı. Bu vəsait hesabına Müşfiqabadda 3 yeni hündürmərtəbəli bina tikiləcək və həmin yarımçıq binada məskunlaşanlar tam şəkildə bu qəsəbəyə köçürüləcək. Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında yaşayan məcburi köçkünlər isə Masazır qəsəbəsində tikilmiş evlərə köçürüləcək. Bakıda 57 min məcburi köçkün ailəsi yaşayır. Onların köçürülməsi prosesi artıq başlayıb və proses davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR