Açıq Cəmiyyət Partiyası qurultay keçirəcək

Açıq Cəmiyyət Partiyası qurultay keçirəcək
# 27 noyabr 2013 13:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Partiyadaxili məsələlərə qurultayda aydınlıq gətiriləcək”. Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər deyib.

S. Əkbər bildirib ki, ilin sonuna qədər partiyanın Ali Məclisi çağırılacaq və qurultay haqqında qərar veriləcək. Onun sözlərinə görə, qurultayda təşkilati, partiyadaxili və bir sıra məsələlər müzakirə olunacaq: “Bu istiqamətdə təşkilat komitəsi yaradılacaq və partiya qurultaya hazırlıq mərhələsinə girəcək. Təbii ki, qarşıdakı dövrdə partiyadaxili məsələlərin bütün istiqamətləri müzakirə olunacaq. Sonrakı mərhələdə partiyanın qeydiyyat və seçkilərə hazırlıq məsələsinə baxılacaq”.

S. Əkbər ACP-nin ofis probleminə də toxunub. Partiya sədri qeyd edib ki, stabil maliyyə mənbələri olmadığına görə ofis məsələsini həll edə bilmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR