“Qarabağ turu” çərçivəsində Qarsda görüşlər keçirilib

“Qarabağ turu” çərçivəsində Qarsda görüşlər keçirilib
# 30 sentyabr 2013 07:06 (UTC +04:00)

Qars. Etibar Məmmədov – APA. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü, Azad Qarabağ Uğrunda Alyansın iştirakı ilə “Qarabağ turu” çərçivəsində Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması məqsədilə Türkiyənin Qars şəhərində bir sıra görüşlər keçirilib.

APA-nın Qarsa ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, alyans üzvləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) Qars şəhər təşkilatının sədri Yavər Özcan ilə görüşüblər. Görüşdə Dağlıq Qarabağ probleminə toxunan QAT sədri Akif Nağı qeyd edib ki, ermənilərin 20 ildən artıqdır Qarabağı işğal etməsinə baxmayaraq, bu günə kimi işğal olunmuş torpaqların azad olunması istiqamətində aparılan danışıqlar heç bir nəticə verməyib: “Belə olan halda Qarabağ Azadlıq Təşkilatının mövqeyi Dağlıq Qarabağı müharibə ilə geri qaytarmaqdan ibarətdir. Biz məsələnin müharibə yolu ilə həllinin tərəfdarıyıq. Bizim əsas məqsədimiz bu mövqeyimizi Türkiyə ictimaiyyətinə çatdırmaq, bununla bağlı qardaş ölkədən dəstək qazanmaq və Türkiyənin hər şəhərində Qarabağ problemini gündəmdə saxlamaqdır”.

A. Nağı gələn il 31 mart - azərbaycanlıların soyqırımı günü ilə bağlı Qarsda mitinq-yürüş keçirilməsini təklif edib.

Y. Özcan isə öz növbəsində Qarabağın MHP üçün həssas bir məsələ olduğunu və onun azadlığı istiqamətində atılan istənilən addımda Azərbaycanın yanında olacaqlarını diqqətə çatdırıb. O, azərbaycanlıların soyqırımı ilə bağlı mitinqin keçirilməsini də məqsədəuyğun hesab edib.

Sonra alyans üzvləri MHP üzvü olan gənclərlə keçiriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR