Mərkəzi Gömrük Hospitalında 21 yaşlı gəncə qaraciyər köçürülüb - FOTO

Mərkəzi Gömrük Hospitalında 21 yaşlı gəncə qaraciyər köçürülüb - <span style="color: red;">FOTO
# 17 sentyabr 2013 10:00 (UTC +04:00)

Bakı – APA. Mərkəzi Gömrük Hospitalının həkimləri bu günlərdə daha bir uğura imza aıblar.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hospitalda 21 yaşlı gənc azərbaycanlıya qaraciyərin köçürülməsi əməliyyatı həyata keçirilib.

Malatya İnönü Universiteti Turqut Özal Orqan Köçürmə Mərkəzinin Qaraciyər Nəqli İnstitutunun müdiri, prof. dr. Sezayi Yılmazın rəhbərliyi altında türkiyəli mütəxəssislərin Mərkəzi Gömrük Hospitalının mütəxəssisləri - prof. Nuru Bayramov, cərrah Namiq Novruzov, cərrah Aynur Sofiyeva ilə birgə həyata keçirdikləri qaraciyərin köçürülməsi əməliyyatı müvəffəqiyyətlə başa çatıb.

21 yaşlı pasiyentə öz atası donor kimi qaraciyərini verib, 7 saat davam edən əməliyyat uğurla yekunlaşıb. Ağır əməliyyatdan sonra hər iki xəstənin vəziyyəti normaldır.

Xatırladaq ki, 2008-ci ildən fəaliyyətə başlayan Mərkəzi Gömrük Hospitalında bu qəbildən sayca üçüncü əməliyyat gerçəkləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR