Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev mayın 23-də Lənkəranda vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev mayın 23-də Lənkəranda vətəndaşları qəbul edəcək
# 14 may 2013 16:35 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev mayın 23-də Lənkəranda cənub rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Lənkəran şəhərində yerləşən Lənkəran Sərhəd Dəstəsində keçiriləcək görüşdə Yardımlı, Lənkəran, Astara, Lerik rayon sakinləri qəbul olunacaqlar.

Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları may ayının 20-dək Dövlət Sərhəd Ximətinin www.dsx.gov.az saytında yerləşdirməlidirlər.

Qeydiyyat üçün vətəndaşlardan 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Lənkəran şəhərində yerləşən Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR