Ukrayna Kommunist partiyasının qərargahında yanğın olub

Ukrayna Kommunist partiyasının qərargahında yanğın olub
# 09 aprel 2014 23:40 (UTC +04:00)

APA-nın “İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, yanğın yerli vaxtla saat 23:00 radələrində başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər, operativ-istintaq qrupu cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

“Yanğın dörd mərtəbəli binanın birinci və ikinci mərtəbələrini əhatə edib”, - Dövlət Fövqəladə Hallar Xidmətindən bildiriblər.

Xatırladaq ki, fevralda naməlum şəxslər Ukrayna Kommunist partiyasının lideri Pyotr Simonenkonun evini yandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR