APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ölkənin ən böyük şəhərinin polis şefi Hüseyn Çapkın bu gün hökumətin qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb.
Qərar dekabrın 17-də rüşvət, korrupsiya, qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində İstanbul polisinin keçirdiyi əməliyyatla bağlıdır. H. Çapkın tabeliyindəki polis müdirlərinin təşkil edib, həyata keçirdiyi bu əməliyyatdan xəbərsiz olub. Əməliyyatdan sonra İstanbul polis idarəsinin 5 şöbə müdiri vəzifədən uzaqlaşdırılıb.